Azərbaycan Dövlət Aqrar Universiteti 2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə DOKTORANTURAYA VƏ DİSSERTANTURAYA qəbul elan edir

Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən 2023-cü il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir:

Azərbaycan Dövlət Aqrar Universiteti 2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə DOKTORANTURAYA VƏ DİSSERTANTURAYA qəbul elan edirAzərbaycan Dövlət Aqrar Universiteti 2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə DOKTORANTURAYA VƏ DİSSERTANTURAYA qəbul elan edir

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, oradan “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçməlidirlər. Portal vasitəsilə qeydiyyat cari ilin 5 aprel tarixindən başlamışdır. Sənəd qəbulu 16 may 2023-cü il tarixə qədər davam edəcəkdir. Fəlsəfə doktorluğuna namizədlər üçün xarici dil imtahanı Dövlət İmtahan Mərkəzində keçiriləcəkdir. Namizədlər imtahanın keçirilməsi tarixini Dövlət İmtahan Mərkəzində öyrənməlidilər.

Xarici dildən müvəffəq qiymət almış şəxslər “İxtisas” və “Fəlsəfə” fənnləri üzrə imtahanları seçdikləri universitetlərdə verəcəklər.

Elmlər doktorluğuna namizədlər seçdikləri universitetə müsabiqə yolu ilə qəbul ediləcəklər.

Doktoranturayaya (dissertanturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

• kadrların şəxsi-qeydiyyat vərəqi;
• iş yerindən xasiyyətnamə;
• əmək kitabçasından çıxarış;
• tərcümeyi-hal;
• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
• xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG – əgər varsa);
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru hazırlığı üzrə doktoranturaya sənəd verənlər üçün).

QEYD: Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil (qəbul) və doktorantura və dissertanturada təhsil alanlar üçün isə xarici dil (minimum) imtahanı 11.06.2023-cü il tarixində DİM tərəfindən keçirilməsi nəzərdə tutulur. Ətraflı məlumatı DİM-in rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Əlavə məlumatlar üçün Azərbaycan Dövlət Aqrar Universitetinə müraciət edə bilərsiniz.
Əlaqə tel.: (+994 22) 266-81-37, (+994 22) 266-27-13

Ünvan: 450, Atatürk prospekti, Gəncə şəhəri, Azərbaycan AZ2000
Email: elm@adau.edu.az


Doktorantura Portal təlimatı
Doktorantura ATIS təlimatı


Ali təhsilin doktorantura səviyyəsinə elektron sənəd qəbulu ilə bağlı video təlimat