CÀSÀ Kulinariya Çempionatı mərkəzimizin kulinariya üzrə növbəti müsabiqəsidir. Çempionat 18-19-20
Aprel tarixlərində CÀSÀ Kulinariya Mərkəzində təşkil olunacaq. Qaliblər mərkəzimizdə
ödənişsiz təhsil almaq imkanı əldə edəcək.
Kubok üçün yarışma kateqoriyaları:
- Ən yaxşı Aşpaz
- Ən yaxşı Şirniyyatçı
- Ən yaxşı Milli Mətbəx üzrə Aşpaz
- Ən yaxşı Komanda
Mükafatlar:
- Ən yaxşı Aşpaz: İngiltərə
Diplomu+Qızıl Kubok+Qızıl Medal+Sertifikat
- Ən yaxşı Şirniyyatçı: İngiltərə Diplomu+Qızıl Kubok+Qızıl Medal+Sertifikat
- Ən yaxşı Milli Mətbəx üzrə Aşpaz: Azərbaycan Mətbəxi üzrə Diplom
Proqramı+Qızıl Kubok+Qızıl Medal+Sertifikat
Komanda şəklində yarışmanın mükafatları:
1-ci
yer - 3000 AZN
2-ci
yer - 2000 AZN
3-cü
yer - 1000 AZN
Şərtlər:
- "Ən yaxşı Aşpaz" və ya "Ən yaxşı Şirniyyatçı" nominasiyaları üzrə yarışmaq istəyənlər 3 alt kateqoriyada yarışmalıdır.
- Ən yaxşı Milli Mətbəx üzrə Aşpaz nominasiyası üzrə yarışmaq istəyənlər Milli mətbəx alt kateqoriyasını seçməlidir.
- Komanda şəklində yarışanlar 3 növ yemək hazırlamalıdırlar: qəlyanaltı, əsas yemək və desert. Komandada 3 nəfər olmalıdır.
Medal üçün yarışma kateqoriyası.
Mükafatlar: dəyərli hədiyyələr, medallar və sertifikatlar.
Şərtlər: istənilən sayda alt kateqoriyada yarışa bilərlər.
İştirak
Ödənişi Haqqında:
Medal üçün 1
alt-kateqoriyada iştirak haqqı 100 AZN
Kubok üçün Milli Mətbəx üzrə iştirak haqqı 150 AZN
Kubok üçün "Ən yaxşı Aşpaz" nominasiya üzrə iştirak haqqı 180 AZN
Kubok üçün "Ən yaxşı Şirniyyatçı" nominasiya üzrə iştirak haqqı 180 AZN
Komanda şəklində iştirak haqqı 250 AZN.
Müsabiqə “WorldChefs” standartları əsasında keçiriləcək. Müsabiqə Dəniz Mall, 2-ci mərtəbə,
CÀSÀ Kulinariya Mərkəzində olacaq.