🔥 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “IGDA Azerbaijan”-ın təşkilatçılığı ilə ilk dəfə Naxçıvan şəhərində oyun tərtibatına marağı olan gənclər üçün fevral ayından başlayaraq gənclərin oyun tərtibatı sahəsində bilik və bacarıqlarını artırmağı hədəfləyən silsilə tədbirlər şəklində ödənişsiz təlim proqramı keçiriləcək.
🧩 Bu proqram çərçivəsində Naxçıvanda ödənişsiz təşkil ediləcək təlimlər və masterklaslar iştirakçılara oyun tərtibatının müxtəlif mərhələləri üzrə praktiki bilik və bacarıqlar qazandıracaq. Təlimlər oyun dizaynının əsas prinsiplərindən başlayaraq oyun mühərriklərində proqramlaşdırmaya qədər geniş mövzuları əhatə edəcək.
👾 Peşəkar təlimçilərin rəhbərliyi altında keçiriləcək 12 tədbirdən ibarət bu proqram oyun tərtibatı sahəsində karyera qurmaq istəyən gənclər üçün özünüinkişaf fürsəti yaradacaq.
🎮 Təlimlərin müddəti: Fevral - May 2025. Məkan: Naxçıvan Dövlət Universiteti (giriş qeydiyyatdan keçənlər üçün sərbəstdir). Proqramın sonunda iştirakçılar qazandıqları bilikləri tətbiq etmək üçün oyun hakatonunda iştirak edəcəklər.
📌 Əlavə məlumat: Təlimlər tamamilə ödənişsizdir.
Qeyd: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) qeydiyyat forması vasitəsilə toplanan məlumatların itirilməsi və ya sızması ilə bağlı heç bir məsuliyyət daşımır. Toplanan məlumatların təhlükəsizliyi və məxfiliyinin təmin edilməsi üzrə məsuliyyət formu yaradan/dolduran/idarə edən təşkilat və ya quruma (şəxsə) aiddir. İRİA toplanmış məlumatların sui-istifadəsi və ya icazəsiz əldə olunması nəticəsində yaranan hər hansı nəticələrə görə məsuliyyət daşımır.