Türkiyənin ali təhsil müəssisələrinə 2024-2025-ci tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb. Müraciət üçün son tarix 20 fevral 2024-cü ildir. Qeyd edək ki, sözügedən təqaüd proqramına müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sistemində qeydiyyatdan keçməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 1 mart 2024-cü ildir. Təqaüd proqramı barədə ətraflı məlumat əldə etmək üçün keçidə daxil ola bilərsiniz: https://shorturl.at/jpuz8 #EATDA #XaricdəTəhsil
State Agency for Science and Higher Education’s Post
More Relevant Posts
-
“Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilib.
Elm və Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilib. Yeni qərara əsasən, bu gündən etibarən təhsil krediti verilərkən tələbələrin hər iki valideyninin (tək valideyni olduqda isə həmin şəxsin) sosial statusları ilə yanaşı, onların qanuni nümayəndələrinin də mövcud qaydalarda nəzərdə tutulan sosial statusları nəzərə alınacaq. Dəyişikliklərlə bağlı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə açıqlama verib. Ətraflı: https://shorturl.at/txEOU #AzərbaycanMüəllimi #ElmVəTəhsilNazirliyi #EduAz
To view or add a comment, sign in
-
Sənəd qəbulu sabah başa çatır.
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Proqram Azərbaycan Respublikası vətəndaşlarına Qazaxıstanın ali təhsil müəssisələrində bakalavriat,magistratura və doktorantura üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına müraciət üçün son tarix 15 may 2024-cü ildir. Təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Ətraflı: https://rb.gy/4hd9fa #EATDA #HTP #XaricdəTəhsil
To view or add a comment, sign in
-
Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil imkanı – #Canlı https://lnkd.in/dAgMA-UT
To view or add a comment, sign in
-
Canlı yayımda HTP çərçivəsində xaricdə təqaüdlə təhsil imkanları müzakirə ediləcək. Vebinarda Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Qazaxıstan, eləcə də digər ölkələrdə təhsil imkanları barədə məlumat əldə edə bilərsiniz. Təqaüd proqramlarına müraciət, sənəd qəbulu və mövzuya dair digər suallar canlı yayımda cavablandırılacaq. #EATDA #XaricdəTəhsil #Vebinar
To view or add a comment, sign in
-
#Bilirdinizmi? Müxtəlif təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışları elektron şəkildə almaq mümkündür.
To view or add a comment, sign in
-
Azərbaycanda təhsil almış əcnəbi məzunlarla görüş keçirilib. Mayın 10-da vaxtilə Azərbaycanda təhsil almış və hazırda öz ölkələrində müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan Vyetnam və Laos vətəndaşları, o cümlədən Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq Assosiasiyalarının üzvləri ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində görüş keçirilib. Görüş zamanı ölkələrimiz arasında qarşılıqlı elm və ali təhsil əlaqələrinin inkişafı, hər iki ölkə ilə mübadilə, təqaüd və ortaq elmi layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində Azərbaycanda təhsil alan Vyetnam və Laosdan olan məzunların ölkələr arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafındakı potensial rolu, o cümlədən hər iki ölkə vətəndaşlarının Azərbaycan universitetlərində təhsilinin təşviqi müzakirə edilib, bu xüsusda əcnəbi məzunların iştirakının əhəmiyyəti vurğulanıb. #EATDA
To view or add a comment, sign in
-
Bu gün ümummilli lider Heydər Əliyevin doğum günüdür.
Bu gün ümummilli lider Heydər Əliyevin doğum günüdür. Heydər Əliyev təhsilin cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. #ÜmummilliLider #UluÖndər #HeydərƏliyev #10May
To view or add a comment, sign in
-
16 may, saat 16:00-da ADPU-nun Pedaqoji Forumunun XIV dinləməsi keçiriləcək!
16 may, saat 16:00-da ADPU-nun Pedaqoji Forumunun XV dinləməsi keçiriləcək! Dinləmədə Çankaya Universitetinin professoru Buket Akkoyunlu "Gələcəyin təhsilində yeni müəllim bacarıqları" mövzusunda məruzə ilə çıxış edəcək. Tədbir ADPU-nun əsas korpusunun böyük zalında baş tutacaq. Qeydiyyat: https://lnkd.in/eEGF6d9M
To view or add a comment, sign in
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Azərbaycanı “Qlobal Təqaüd Forumu”nda təmsil edib. 5-6 may tarixlərində “BMI/Global Education-Times Higher Education” tərəfindən London şəhərində “Global Scholarship Forum” keçirilib. Forumda dünyanın 50-a yaxın ölkəsindən ali təhsil sahəsində təqaüd təklif edən dövlət qurumlarının, o cümlədən nüfuzlu ali təhsil müəssisələrinin idarəçiləri iştirak edib. Forum çərçivəsində keçirilən görüşlərdə iştirakçı ölkə və universitetlərin nümayəndələri ilə Azərbaycanın ali təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsi, tərəfdaş ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının təsis edilməsi, elmi tədqiqat layihələrində birgə fəaliyyətin təşviqi, tələbə, müəllim və tədqiqatçıların mübadiləsi, xaricdə təhsil təqaüd imkanları müzakirə edilib. İştirakçılara Azərbaycanın donor ölkə kimi xarici ölkə vətəndaşlarına təklif etdiyi təqaüd imkanları və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” barədə təqdimat edilib. Qeyd edək ki, sözügedən forumda Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov təmsil edib. #EATDA
To view or add a comment, sign in
-
Qarabağ Universitetində yüksək bal toplamış tələbələrə dövlət təqaüdündən əlavə təqaüd də veriləcək.
"Qarabağ Universitetində yüksək bal toplamış tələbələrə dövlət təqaüdündən əlavə təqaüd də veriləcək". Elm və təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində Qarabağ Universitetinin fəaliyyəti ilə bağlı görülən işlərdən danışıb. #TəhsilTV #EduAz #ElmvəTəhsilNaziri #EminƏmrullayev #QarabağUniversiteti
To view or add a comment, sign in
3,951 followers